O, "Neftçi"də yeni-yeni alovlanan ümidləri necə puç edir?

21 Fevral 16:00 Neftçi 1 314
O, "Neftçi"də yeni-yeni alovlanan ümidləri necə puç edir?

Deyəsən, Miodraq Bojoviç də "Neftçi"nin yarasına məlhəm ola bilməyəcək.

Düzdü, qışdan sonrakı ilk matçlar, ilk qərarlar ümid verirdi.

Sanki zamanla daha yaxşı "Neftçi" görə biləcəyimizin qığılcımları vardı.

Amma müsbət dinamika 5 hissədən o tərəfə keçmədi.

Söhbət "Sabah"la səfər bərabərliyi, "Qəbələ" üzərində qələbə və "Sumqayıt"la ölkə kubokunun ilk matçındakı birinci hissə.

Bəli, məhz Sumqayıtdakı məlum ikinci hissədən sonra qarşımızda ümidsiz "Neftçi" var.

Monteneqrolu mütəxəssis də indiki "ağ qaralar"ı cilalamaqda aciz görünür.

Meydanda baxımlı futboldan söhbət belə gedə bilməz.

Ölkə Kubokunda "Sumqayıt" mübarizədən böyük çətinlik və yaxşı bəxt hesabına kənarlaşdırıldı.

"Sumqayıt"la çempionatdakı səfər və "Araz Naxçıvan"a doğma divarlar arasındakı məğlubiyyət barədə geniş danışmaq yersizdir.

Bir halda ki, "Zirə" üzərində qələbəyə belə azarkeşlər ürəkdən sevinə bilmir.

Hə, Bojoviç demişkən bu gün üçün çox dəyərli 3 xal qazanıldı.

Bəs sabah?

Bəla ondadır ki, sabahla bağlı xoş xəyal qurmaq da mümkünsüz məsələdir.

Şans "Zirə" ilə qarşılaşmadan "ağ qaralar"ın dadına çatdı.

Amma bu da bir ya iki matçda olacaq.

Sonrası yenə qeyri-müəyyənlikdi.

Bir sözlə, son illər görüdüyümüz, alışdığımız kimi.

Bu günü üçün görünən odur ki, Bojoviçin də barıtı bir atımlıq imiş.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"