"Neftçi"dən gündəmə münasibət: "Futbolçuları "yandırmaq" olmaz"

19 Fevral 22:20 Neftçi 600
"Neftçi"dən gündəmə münasibət: "Futbolçuları "yandırmaq" olmaz"

Əvəzedici Liqanın hazırkı lideri "Neftçi-2" komandası olduğu kimi, bombardiri də bu komandanın forvardı Ağadadaş Salyanskidir.

Onun aktivində 21 qol var. Amma əsas komandaya davamlı dəvət alan hücumçu hələ də burada rəsmi debüt etməyib.

Görəsən, bombardirin Premyer Liqa matçlarında görünməsinə nə mane olur? Ümumiyyətlə, hazırkı səviyyəsi buna cavab verirmi?

Suallarımıza cavab olaraq "Neftçi-2"nin baş məşqçisi Rəşad Abdullayev Sportinfo.az-a bunları dedi:

"Artıq neçə ildi bu uşaqlarla bir yerdə çalışıram. Nəyə qadir olduqlarını bilirəm.

Tək Ağadadaş yox, bir neçə futbolçumuz var ki, gələcəkdə əsas komandada debüt etsinlər. Ağdadaş hücumçu olduğu üçün vurduğu qollar diqqət cəlb edir.

Onun vurduğu qollarda bütün komandanın əziyyəti var. Digər mövqelərdən də əsas komandaya namizədlərimiz var.

Əlbəttə, çox istərdik şans qazansınlar. Mən tələsmək istəmirəm. Futbolçuları "yandırmaq" olmaz. Zamanla hər şey yoluna düşəcək".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"