Millinin müdafiəçisi narazılıq etdi, Bojoviç qərarını dəyişdi

18 Fevral 17:45 Neftçi 2 152
Millinin müdafiəçisi narazılıq etdi, Bojoviç qərarını dəyişdi

Ölkə kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la ilk matçından (3:2) sonra Höccət Haqverdinin “Neftçi”dəki durumundan məmnun olmadığını xəbər vermişdik.

Buna səbəb müdafiəçinin az şans qazanması idi.

Milli komandamızın üzvü həmin ana kimi mövsüm ərzində 12 matçda meydana çıxmışdı.

Və bu qarşılaşmaların hamısı əvvəlki baş məşqçi Adrian Mutunun dönəminə təsadüf edirdi.

Qışda “ağ qaralar”ın başına keçən Miodraq Bojoviç isə Höccətə güvənmirdi.

Müdafiəçi düşüdüyü durumdan narazılığını şəxsən baş məşqçinin özünə bildirmişdi.

Əcnəbi mütəxəssislə görüşdə burada xoşbəxt olmadığını dilə gətirən futbolçu ona şans verilməməsini doğru hesab etmədiyini də sözlərinə əlavə etmişdi.

Deyəsən, 31 yaşlı oyunçunun giley-güzarı öz bəhrəsini verib.

Hər halda, məhz onun davamlı narazılıq etməsindən sonra Bojoviç təcrübəli futbolçuya güvənməyə başlayıb.

Qış fasiləsindən sonrakı 4 matçda bir dəqiqə meydanda olmayan "3 nömrə" son iki qarşılaşmada 90 dəqiqə forma geyinib.

Söhbət Premyer Liqanın 22-ci turunun "Araz Naxçıvan" və Ölkə Kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la cavab oyunundan gedir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"