“Neftçi”də hamı qaçdı, o, üzə çıxdı, deməyə söz tapa bilmədi

14 Fevral 13:40 Neftçi 1 613
“Neftçi”də hamı qaçdı, o, üzə çıxdı, deməyə söz tapa bilmədi

Görünən budur ki, Miodraq Bojoviç də “Neftçi”nin dərdinə dərman ola bilməyib.

Monteneqrolu mütəxəssisin rəhbərliyi altında Antalyadakı iki yoldaşlıq görüşünü məğlubiyyətlə başa vuran bakılılar Premyer Liqanın ikinci yarısına da uğursuz başlayıb.

Yeni ildəki ilk matçında “Sabah”la qolsuz bərabərə qalan “ağ-qaralar” 20-ci turda “Qəbələ”ni udmağı bacarmışdı – 3:1.

Lakin son 2 çempionat görüşündə məğlubiyyətlər sıralandı - “Sumqayıt”a 1:2, “Araz-Naxçıvan”a 0:1.

Muxtar Respublika təmsilçisinə yenilgidən sonra futbolçuların əksəriyyəti açıqlama verməkdə maraqlı olmasalar da, Reziuan Mirzov Sportinfo.az-a açıqlamasında uğursuzluğu şərh etdi:

“Uduzduq və buna görə özümüz günahkarıq. Lazım olan və tələb olunan qədər yaxşı oynaya bilmədik. Nəticədə real qol imkanları yaratmaqda, qol vurmaqda çətinlik çəkdik.

Səbəb nə oldu? Yenilgiyə şərh vermək üçün söz tapa bilmirəm.

Udmalı olduğumuz oyunda məğlub olduq. Qalib gələ bilməməyimiz bir tərəfə, 1 xal da qazana bilmədik.

Son dəqiqələrdə vurulan penalti ilə uduzduq. Nə deyəcəyimi bilmirəm”.

“Neftçi” 22 turdan sonra 32 xal toplamaqla “Zirə” ilə 3-4-cü yerləri bölüşür.

Bojoviçin rəhbərlik etdiyi kollektiv 2-ci pillədəki “Sumqayıt”da 3 xal geri qalır, ən yaxın izləyiciləri “Səbail”lə “Araz-Naxçıvan”ı 2 xal qabaqlayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti