“Neftçi”nin braziliyalısı bu uşağı mütləq tapmalıdır! - FOTO

14 Fevral 21:20 Neftçi 1 355
“Neftçi”nin braziliyalısı bu uşağı mütləq tapmalıdır! - FOTO

“Neftçi” “Sunqayıt”la bərabərə qalması fonunda (1:1) ilk matçdakı 3:2 hesablı qələbəyə görə ölkə kubokunda yarımfinala yüksəldi.

Oyun başa çatandan sonra bəzi azarkeşlər yarımfinal sevincini yaşayır, azyaşlılar isə futbolçulardan forma almaq üçün sıraya düzülmüşdü.

Həmin an əlində kiminsə xüsusi hazırlanmış şəklini tutub divara söykənmiş formada dayanan yeniyetmə diqqətimi çəkdi.

Yuri Matiasınd fanatıydı. Onun üçün xüsusi plakat hazırlatmışdı ki, sevgisini bildirib, formasını alsın. Lakin heç bir halda istəyinə çata bilmədi.

Futbolçular şəxsi minik vasitələrini arenanın qarajında saxladıqlarından və platardəyişmə otağından birbaşa oradan yollandıqlarından azyaşlının gözləri yolda qaldı.

Yurinin gəlmədiyini görüncə, pərt halda tez-tez mobil telefonuna zəng edən anasının yanına – evə tələsdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"