"Bu gün "Neftçi"də xüsusi bir şey görmədim" - Bojoviç

13 Fevral 22:15 Neftçi 1 395
"Bu gün "Neftçi"də xüsusi bir şey görmədim" - Bojoviç

"Neftçi" Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Miodraq Bojoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Məncə, bu gün oyunumuz alınmadı. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yarada bilmədik. Oyun ərzində yüz faizlik qol şansımız olmadı. Düzdür, uzaqdan zərbələr var idi, amma xüsusi bir şey görmədim. Bu oyunda qələbəyə layiq deyildik.

- Penalti epizodunu necə dəyərləndirirsiz?

- Görə bilmədim. Mənim olduğum yerdən görünmürdü.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"