“Neftçi”nin stadionundan çıxan sual: Qardaşdırlar, yoxsa rəqib? - VİDEO

13 Fevral 19:40 Neftçi 1 328
“Neftçi”nin stadionundan çıxan sual: Qardaşdırlar, yoxsa rəqib? - VİDEO

Bəzən stadionlarda elə görüntülərə şahidlik edirik ki, adam gözlərinə inana bilmir.

Məsələn, 90 dəqiqə tribunada bir-birinə rəqib olan, bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədən azarkeş qruplarının hansısa mənada birlik nümayiş etdirməsi kimi.

Fevralın 9-da ölkə kuboku çərçivəsində “Neftçi”ylə “Sumqayıt” qarşılaşırdı və həmin gün həm də “Forza Neftçi”nin 15 yaşı tamam olurdu.

Hakimin start fitindən təxminən 15 dəqiqə əvvəl qonaq fanatlar – “Kimyaçılar” varlığını göstərməyə çalışdılar ki, səsləndirilən şüarların içində “Neftçi”yə atmacalar da yer almışdı.

Oyunun başlama ərəfəsində “Neftçi Arena”nın diktorunun “Forza Neftçi”nin ad gününü elan etməsi, ardınca futbolçuların formalarını çıxarıb səbəbkarlara verməsi sumqayıtlı azarkeşləri də coşdurdu.

Onlar qrup şəklində bir neçə dəfə “Forza Neftçi”, ad günün mübarək olsun” səsləndirməklə həm qarşı tərəfdən, həm də ətraf tribunalardan alqış qazandılar.

Futbol məhz bu keyfiyyətləri ilə gözəldir. 90 dəqiqə rəqib olurlar, kənarda dost-qardaş.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti