“Neftçi”də umu-küsi bitdi, möhtəşəm anlar yaşandı - VİDEO

13 Fevral 19:00 Neftçi 2 003
“Neftçi”də umu-küsi bitdi, möhtəşəm anlar yaşandı - VİDEO

“Forza Neftçi” 15 illiyində ən dəyərli hədiyyəni “Neftçi”dən aldı.

Matçdan öncə təşkil olunan ad günü proqramında futbolçuların meydana təbrik plakatı və xüsusi formalarla çıxması arenada xoş görüntüyə səbəb oldu.

“Ağ-qaralar”ın “Sumqayıt”la cavab görüşünü 1:1 hesabı ilə başa vurub, ilk oyundakı 3:2-lik qələbə sayəsində yarımfinala adlaması isə “forzalılar”ı coşdurdu.

Oyun başa çatandan sonra “Forza Neftçi” ilə “Neftçi” barışıq aktına imza atdı. Xeyli vaxtdır bir-birindən uzaq gəzən azarkeş qrupu ilə futbolçular bu dəfə qələbəni birlikdə qeyd edib.

“Qəbələ” ilə oyundan sonra da qalibiyyət əldə olunmuşdu. Lakin həmin vaxt futbolçular tribunanın önünə getməyi lazım bilməmişdi.

Bu dəfə qələbə ənənəvi şəkildə - şərqilər və atəşfəşanlıqla qeyd olundu. “Neftçi”yə və onun azarkeşlərinə yaraşan da budur.

HƏBİB / SPORTİNFO.AZ

Xoş mənzərənin görüntülərini təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"