"Neftçi": Braziliyalı hücumçu 2 həftə sonra…

13 Fevral 09:00 Neftçi 1 568
"Neftçi": Braziliyalı hücumçu 2 həftə sonra…

"Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçı çərçivəsində keçirilən qarşılaşmada zədələnən "Neftçi"nin futbolçusu Andre Şinyaşikinin durumuna aydınlıq gəlib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baldır əzələlərində gərilmə olan futbolçu 2 həftədən sonra məşqlərə qoşula biləcək.

Həmin matçdan əvvəl baş tutan məşq prosesində sıradan çıxan Eddi İsrafilov isə 1 həftə sonra komandaya qoşula biləcək.

Uzun müddətdir zədəli olan İvan Brkiç isə artıq fərdi hazırlaqlara start verib. Onun qısa müddətdən sonra komanda ilə məşqlərə qoşulması gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"