“Neftçi”nin “Forza”sı: 15 illikdə 3 məşhur sima, baş məşqçi, təsirli anlar - VİDEO+FOTOLAR

12 Fevral 2024 20:00 Neftçi 2 960
“Neftçi”nin “Forza”sı: 15 illikdə 3 məşhur sima, baş məşqçi, təsirli anlar - VİDEO+FOTOLAR

Ölkənin sayılıb-seçilən azarkeş qruplarından olan “Forza Neftçi” özünə ad günü məclisi təşkil edib.

Qrupun 100-ə yaxın üzvü fevralın 10-da Bakıdakı şadlıq evlərindən birində toplaşıb.

“Mübarək” restoranındakı təmtəraqlı gecədə “Neftçi”nin yetirməsi, azarkeşlərin sevimlisi Ruslan Abışov iştirak edib. Ruslanın nostalji çıxışı təsirli anlarla yadda qalıb.

Komandanın hazırkı üzvləri – kapitan Emin Mahmudovla vitse-kapitan Aqil Məmmədov, eləcə də baş məşqçi Miodraq Bojoviç və bəzi klub rəsmiləri “forzalılar”ı təbrik etmək üçün “Mübarək” restoranına gələrək səbəbkarlara “Yubileyiniz mübarək” deyiblər.

“Ağ-qaralar”ın oyunları zamanı tribunalara rəng qatan “Forza Neftçi”nin yaranmasından 15 il ötüb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti