"Qurban Qurbanov bu gün Azərbaycan futbolunun şahı sayılırsa…" - VİDEO

11 Fevral 2024 22:35 Neftçi 1 912
"Qurban Qurbanov bu gün Azərbaycan futbolunun şahı sayılırsa…" - VİDEO

«Miodraq Bojoviç bunları nəzərə almalı idi».

Bu fikir ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, «Neftçi»nin Premyer Liqanın 21-ci turunda «Sumqayıt»a 1:2 hesablı məğlubiyyətin səbəbini açıqlayıb.

Bildirib ki, monteneqrolu mütəxəssis eyni futbolçulara şans verir, digərlərinə bu imkanı yaratmır:

«Əgər Qurban Qurbanov bu gün Azərbaycan futbolunun şahı sayılırsa, o da bir çox hallarda rotasiyaya gedir.

Komanda iki «cəbhə»də mübarizə aparırsa və üç-dörd gündən bir meydana çıxmalı olursa, heyətdə dəyişiklik mütləqdir.

Azərbaycanda elə bir komanda yoxdur ki, bu qrafikdə dalbadal dörd-beş oyunu eyni səviyyədə keçirsin.

«Neftçi» Sumqayıta son səfərində çox əzgin təsir bağışladı. Yorğunluq özünü tez göstərdi, heç nə edə bilmədilər.

Bojoviç uzun illər Rusiyada işləyib, gərək belə məqamları nəzərə alsın».

iSPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?