Ataa Caber gələcəyi ilə bağlı qərar verib. 2022-ci ilin yayından
"Neftçi"nin formasını geyinən yarımmüdafiəçi yeni müqavilə təklifini geri çevirib.
Halbuki onunla işbirliyini sürdürməkdə maraqlıdır.
Onun 2 illik sözləşməsi bu ilin iyununda başa çatacaq. Fələstin yığmasının üzvü əsas heyətdə möhkəmlənmək uğrunda Eddi İsrafilov, Qara Qarayev və Dieqo Valdeslə mübarizə aparmalıdır.
Caberi indi bundan çox, ərəb ölkələrindən aldığı digər təkliflər maraqlandırır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən ona müxtəlif dəvətlər gəlib.
"Ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinən 29 yaşlı fələstinli 2026-cı ilin yayınadək burada qalarsa, əvvəlkindən daha çox qazana bilər. Bunun üçün 2 illik yeni kontraktın şərtlərini qəbul etməlidir.
O, İsrailin “Makkabi” (Hayfa, 2012 - 2017), “Bney Saxnin” (2015, 2017 - 2021) və “Aşdod” (2021-2022) klublarında forma geyinib.
2015-2016-cı illərdə bu ölkənin U-21 milli komandasının üzvü olub. 2016-cı ildə “Makkabi”nin heyətində İsrail Kubokunu qazanıb.
SPORTİNFO.AZ