COP29

“Neftçi”yə aid YENİ XƏBƏR

11 Fevral 09:50 Neftçi 4 345
“Neftçi”yə aid YENİ XƏBƏR

“Neftçi”nin mətbuat xidməti dünən yeni məlumat yayıb.

Bildirilib ki, “Spartak”la yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Matçın martın 23-də “Neftçi Arena”da oynanılması nəzərdə tutulub.

Ötən il iyulun əvvəlində komandalar Moskvada üz-üzə gəlib. Sözgedən matçda "Neftçi" "Spartak"a 0:2 hesabı ilə uduzub.

Əldə etdiyimiz son məlumata görə, hazırda Azərbaycan və Rusiyanın "xalq komandaları" arasında mümkün yoxlama qarşılaşmanın təşkili məsələləri ilə bağlı danışıqlar gedir.

Moskva təmsilçisinin nümayəndələri yaxınlarda Bakıya gələcək, otel seçimi edəcək. Martın 22-də isə "spartakçılar" geniş heyətlə paytaxtımıza təşrif buyuracaq.

Ayın 23-də keçiriləcək oyunun axşam saatlarında baş tutması planlaşdırılır - saat 19:00-20:00 aralığında.

"Neftçi" ötən il noyabrın 18-də "Zenit"lə yoxlama oyunu keçirib. "Neftçi Arena"da keçirilən görüşdə Bakı klubu 2:1 hesabı ilə qalib gəlib. Reziuan Mirzov sözügedən oyunda dubla imza atıb.

Bu komandalar iyulda - Rusiyada mövsümöncəsi beynəlxalq turnirdə üz-üzə gəlir və "Zenit" qələbə qazanıb - 3:1.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"