Bu gün ölkənin sayılıb-seçilən azarkeş qruplarından olan "Forza Neftçi"nin 15 yaşı tamam olur.
Başı "Sumqayıt"la oyuna qarışan "Neftçi"nin 2009-cu ildə yaradılan qrupu necə təbrik edəcəyi maraqla gözlənilirdi.
Təbii, ən böyük hədiyyə qələbədir. Buna baxmayaraq, kub rəsmiləri hazırlığını hakimin start fitindən əvvəl üçün etmişdi.
Belə ki, futbolçular meydana arxasında "Forza 15" yazılmış xüsusi formalarla çıxmışdı ki, həmin futbolkalar sonradan azarkeşlərə hədiyyə olundu.
"15 il çiyin-çiyinə! Forza Neftçi" - üzərində bu sözlər yazılmış plakatı isə futbolçular oyundan əvvəl tribunalara nümayiş etdirdi.
Stadionun diktorunun ad günü təbrikini xüsusi şəkildə elan etməsi isə lap yerinə düşdü.
Qısası, "Neftçi"nin sadiq azarkeşləri üçün hazırladığı bayram proqramı alqışları haqq etdi.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

