“Neftçi” PFK və “Spartak” Moskva arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Sportinfo.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, matçın martın 23-ü “Neftçi Arena”da oynanılması nəzərdə tutulub.
Ötən il iyulun əvvəlində komandalar Moskvada yoldaşlıq oyunu keçirib. Sözgedən matçda "Neftçi" "Spartak"a 0:2 hesabı ilə uduzub.

