"Neftçi"də küsülülər barışdı: Emin Mahmudov və... FOTO FAKT

10 Fevral 2024 16:00 Neftçi 1 626
"Neftçi"də küsülülər barışdı: Emin Mahmudov və... FOTO FAKT

"Neftçi" azarkeşləri ilə Emin Mahmudov arasında narazılıq aradan qalxıb.

Kapitanın Ölkə Kubokunun "Sumqayıt"la cavab matçından sonr atdığı addımlar belə düşünməyə əsas verir.

Belə ki, hakimin final fitindən sonra Emin komanda yoldaşlarını da götürərək "Forza Neftçi" olan tribunaya yaxınlaşıb.

Onlar birgə yarımfinal mərhələsinə yüksəlməyin sevincini yaşayıblar.

Mahmudov sosial şəbəkə hesabından etdiyi paylaşımda da "Forza Neftçi"ni unutmayıb.

31 yaşlı yarımmüdafiəçi 15 yaşı tamam olan azarkeş qrupunu təbrik etməklə yadda qalıb.

Mahmudov qarşılaşmadan paylaşdığı fotosuna "Forza Neftçi" 15 yaş! Təbriklər!" başlığını seçib.

Xatırladaq ki, tərəflər arasında soyuqluq uzun müddət idi davam edirdi.

Hətta kubokun ilk oyunundan sonra fanatlar kapitanın ünvanına xoş olmayan sözlər də işlətmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti