"Neftçi" yeni baş məşqçini kimin vasitəsilə tapıb? – O İMİŞ…

8 Fevral 2024 13:20 Neftçi 1 642
"Neftçi" yeni baş məşqçini kimin vasitəsilə tapıb? – O İMİŞ…

«Neftçi»nin yeni baş məşqçisi Miodraq Bojoviçin təyinatı ilə bağlı maraqlı məlumat əldə etmişik.

Redaksiyamıza verilən informasiyaya görə, monteneqrolu çalışdırıcı Branimir Subaşiç vasitəsilə «ağ-qaralar»ın sükanı arxasına keçib.

Vaxtilə paytaxt klubunun formasını geyinmiş serbiyalı hücumçu bir müddət öncə menecerlik fəaliyyətinə başlayıb və ilk fürsətdəcə «Neftçi» ilə əməkdaşlığa start verib.

«Bane» bir zamanlar «Srvena Zvezda»da tanış olduğu mütəxəssisin müqavilə şərtlərinin razılaşdırılmasında da yaxından iştirak edib.

Bojoviç ötən ilin dekabrında «Neftçi» ilə 1,5 illik müqavilə imzalayıb.

O, 2000-ci ildə məşqçiliyə başlayıb. 2000/2001 mövsümündə Serbiyada "Belqrad"ın sükanı arxasında dayanıb.

Ardınca Yaponiyada "Hokkaydo Konsadole Sapporo"da köməkçi məşqçi funksiyasını yerinə yetirib.

Serbiyada "Borats", "Obiliç", "Hayduk" ( Belqrad), "Srvena Svezda", Kiprdə AEL, ölkəsində "Buduçnost", "Qrbal", Rusiyada "Amkar", "Moskva", "Dinamo", "Rostov", "Lokomotiv", "Arsenal", "Krılya Sovetov"da işləyib.

Son olaraq 2021/2022 mövsümündə Tula "Arsenal"ına rəhbərlik edib. 2013/2014 mövsümündə "Rostov"la Rusiya Kubokunun, 2015/2016 mövsümündə "Srvena Svezda" ilə Serbiya Superliqasının qalibi olub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti