Sadıq Sadıqov sükutu pozdu, “Neftçi”dəki qardaşına arzularını çatdırdı

8 Fevral 2024 21:00 Neftçi 2 099
Sadıq Sadıqov sükutu pozdu, “Neftçi”dəki qardaşına arzularını çatdırdı

“Fərrux Mahmudovla dostuq, qardaş qədər yaxınıq, çox yaxınıq.

Demək olar hər gün danışırıq, yazışırıq, məsləhətləşirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin keçmiş prezidenti Sadıq Sadıqov klubun hazırkı baş icraçı direktoru Fərrux Mahmudov haqda danışarkən deyib.

Fevralın 7-də Mahmudov növbəti ad gününü qeyd etdi. Rəhbər şəxs ömrünün 42-ci ilini geridə qoydu.

Sadıqov illərdir tanıdığı dostuna ürək sözlərini çatdırıb, ona böyük ümid bəslədiyini bildirib:

“Qardaş dediyim adama nə arzu edə bilərəm? İlk növbədə canı sağlam, ömrü uzun olsun. İşində müvəffəqiyyətlər arzulayıram.

Fərrux Mahmudov bu gün Azərbaycan futbolunun zəngin tarixə malik, döyünən ürəyi hesab olunan “Neftçi”nin baş icraçı direktorudur.

Onun “Neftçi”nin əvvəlki günlərini qaytarması üçün nə qədər əziyyət çəkdiyini mən və ətrafındakılar yaxşı bilirik.

Az müddətdə böyük işlər görməyə çalışıb. Tanınmış, təcrübəli baş məşqçi dəvət edib, yaxşı komanda yığıb.

Onun işi təşkilatçılıq və baş məşqçinin istəklərini yerinə yetirməkdir ki, bunları edir. Nəticə vermək isə məşqçilər heyətinə və futbolçulara aid olan işdir.

Əminəm ki, “Neftçi”də böyük işlər görəcək. Buna 100 faiz əminəm. Sadəcə, ona vaxt vermək lazımdır.

İnşallah, “Neftçi” ən qısa zamanda flaqman adını özünə qaytarıb hamımızı sevindirəcək. Gözəl insan, gözəl qardaşdır. Allah əziyyətini yerdə qoymayacaq!”.

Sadıq Sadıqov 2009-2015-ci illər aralığında “Neftçi”nin prezidenti olub. “Ağ-qaralar” onun rəhbərliyi dövründə 3 dəfə Premyer Liqanın qalibi olub, 2 dəfə ölkə kubokunu qazanıb,

2012-ci ildə ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti