Kamran Quliyevin "Neftçi"nin prezidenti postundan ayrılmasından 7 ay keçir.
Bu müddətdə mətbuatdan uzaq duran sabiq rəhbəri oyunlarda görmək də müşkilə çevrilmişdi.
Amma tilsimi qıran Quliyev yenidənqurmadan sonra istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən "Sumqayıt" - "Neftçi" matçına təşrif buyuranlar arasında yer almışdı.
45 yaşlı funksioner "kimyaçılar"ın qələbəsi ilə bitən (2:1) matçdan sonra iki sabiq klubunun rəsmiləri tərəfindən çox isti qarşılandı.
Xüsusilə "Neftçi" cəbhəsində çalışan siravi işçidən klub rəsmisinə kimi çox sayda şəxs onu görüncə yaxınlaşıb hal-əhval tutmağı özünə borc bilirdi.
Hətta bu səbəbdən bir neçə dəfə müsahibəyə məcburən fasilə verməli olduq.
Görünür, "Neftçi" azarkeşlərinin hələ də görməyə gözü olmadığı sabiq rəhbərin klub işçilərinin yanında hörməti bir başqadır.
Xatırladaq ki, Kamran Quliyev 2018-ci ildən 2023-cü ilin yayına kimi "Neftçi"nin prezidenti olub.
"Ağ qaralar"ın onun dönəmində 9 il sonra 2019/20 mövsümündə ölkə çempionu olmağı bacarıb.
XANOĞLAN / SPORTİNFO.AZ

