“Neftçi”nin braziliyalısından iki cümləlik AÇIQ MESAJ - FOTO

7 Fevral 2024 20:00 Neftçi 1 512
“Neftçi”nin braziliyalısından iki cümləlik AÇIQ MESAJ - FOTO

“Neftçi” Miodraq Bojoviçin rəhbərliyi altında ilk məğlubiyyətini aldı.

Premyer Liqada “Sabah”la bərabərə qalıb, “Qəbələ”ni udan “ağ-qaralar” ölkə kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmasında “Sumqayıt”ı məğlub etmişdi.

Lakin “kimyaçılar”la 21-ci tura təsadüf edən oyunda məğlubiyyət qaçılmaz oldu – 1:2.

Görüş başa çatandan sonra bakılıların aparıcı futbolçularından olan Yuri Matias sosial şəbəkə hesabında paylaşım edib.

Braziliyalı müdafiəçi oyundan çəkilən şəklini paylaşaraq bu sözləri yazıb:

“Davam edirik. Cümə günü daha artığı olacaq”.

Matias bu mesajla kubokun cavab görüşünə eyham vurub.

“Neftçi”ylə “Sumqayıt” arasında baş tutacaq kubokun cavab qarşılaşması fevralın 8-də keçiriləcək.

İlk dueldə bakılılar 3:2 hesabı ilə qalib gəlib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti