Höccət Haqverdi “Neftçi”dəki durumundan məmnun deyil.
Buna səbəb müdafiəçinin az şans qazanmasıdır.
Milli komandamızın üzvü bu mövsüm 12 matçda meydana çıxıb.
Və bu qarşılaşmalar hamısı əvvəlki baş məşqçi Adrian Mutunun dönəminə təsadüf edir.
Qışda “ağ qaralar”ın başına keçən Miodraq Bojoviç isə Höccətə güvənmir.
O, arxada qalan 4 matçda futbolçuya 1 dəqiqə belə şans tanımayıb.
31 yaşlı legioneri narazı salan da budur.
Onun səbr kasasını daşıran digər məqam monteneqrolu çalışdırıcının rəhbərliyi altında “Neftçi”nin keçirdiyi matçlarda müdafiəçilərin buraxdığı kobud səhvlərdir.
Və bütün olanlara rəğmən əcnəbi çalışdırıcı Haqqverdiyevin xidmətinə ehtiyac duymur.
Hətta tərəflər arasında görüş də baş tutub.
Müdafiəçi narazılığını şəxsən baş məşqçinin özünə bildirib.
Burada xoşbəxt olmadığını dilə gətirən futbolçu ona şans verilməməsini doğru hesab etmədiyini də sözlərinə əlavə edib.
XANOĞLAN / SPORTİNFO.AZ

