Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Sumqayıt" doğma şəhərdə "Neftçi"ni qəbul edib.
Yenilən Mehdi Hüseynzadə adına stadionda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1.
Bu, 10 illik fasilədən sonra həmin arenada ilk oyun olub.
Açılış maçından əvvəl konsert proqramı təşkil olunub. Murad Arif və Hiss öz musiqiləri ilə tribunaları əyləndirib.
"Sumqayıt" bu stadionda sonuncu dəfə 2014-cü ildə oyun keçirib. Premyer Liqanın matçında "Qarabağ"ı qəbul edən "Sumqayıt" 1:0 hesablı qələbə qazanıb.

