“Neftçi”dən daha bir ilk: “Top səndə”

4 Fevral 2024 01:50 Neftçi 782
“Neftçi”dən daha bir ilk: “Top səndə”

“Neftçi” PFK Azərbaycan futbolu tarixində daha bir ilkə imza atır.

Sportinfo.az xəbər verir ki, “Top səndə” layihəsini pilot çərçivədə həyata keçirəcək.

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 9-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sumqayıt” matçında “ağ-qaralar”ın ilk qolunun müəllifinin rəqib qapısından keçirdiyi top qolu vuran futbolçu tərəfindən imzalanacaq və klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılacaq.

Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti