“Adıçəkilən oyunçunun komandamıza cəlb olunması planlaşdırılmır”.
Bu açıqlama “Neftçi”nin mətbuat xidmətindən Sportinfo.az-a verilib.
Bildirilib ki, yerli və xarici mətbuatda Serbiya millisinin hücumçusu Milan Pavkovun onlarla müqavilə imzalamasına dair xəbərlər yayılıb.
“Ağ-qaralar” 29 yaşlı forvardın öncəki mövsümlərdə onlara təklif edildiyini, hazırda isə bu keçidin gündəmdə olduğunu qeyd edib.
Milan Pavkov “Srvena Zvezda”dakı çıxışı ilə tanınır. O, 2017-2022-ci illərdə çıxış etdiyi Belqrad təmsilçisində 106 oyuna 49 qol vurub.
O, 2018/2019 mövsümündə komandası ilə Çempionlar Liqasının qrup mərhələsində oynayıb. "Liverpul"la qrup matçında 2 dəfə fərqlənməyi bacarıb.
"Novı Sad"ın yetirməsi karyerası ərzində «Mladost», «Kelarevo», «Voyvodina» və «Radniçki»nin formasını geyinib.
2022-ci ildə Səudiyyə Ərəbistanına yollanan serbiyalı bugünlərdə «Al-Fayha»dan ayrılıb. O, 2019-cu ildə ölkəsinin əsas yığmasına dəvət alıb və bu müddətdə 1 oyuna çıxıb.

