“Sportinfo TV“nin tanınmış siması “Neftçi“nin “TRANSFER BOMBASI“ haqda bu VİDEOnu çəkdi

3 Fevral 2024 14:40 Neftçi 1 880
“Sportinfo TV“nin tanınmış siması “Neftçi“nin “TRANSFER BOMBASI“ haqda bu VİDEOnu çəkdi

«Neftçi»nin 2024-cü ilin üçüncü transferini reallaşdırdığını xəbər vermişdik.

Bakılılar sierra-leoneli vinger Anfa Konte və kolumbiyalı hücumçu Brayan Morenodan sonra daha bir legioneri Azərbaycana gətirməyə qərar verib.

"Ağ-qaralar" Milan Pavkovla razılaşma əldə edib. Serbiyada "Srvena Zvezda"nın formasını geyinmiş hücumçuya ölkəmizə gəlmək üçün bilet alınıb.

29 yaşlı forvardj 2017-ci ildən "Srvena Zvezda"da çıxış edib. O, 2018/2019 mövsümündə komandası ilə Çempionlar Liqasının qrup mərhələsində oynayıb. "Liverpul"la qrup matçında 2 dəfə fərqlənməyi bacarıb.

"Novı Sad"ın yetirməsi karyerası ərzində «Mladost», «Kelarevo», «Voyvodina» və «Radniçki»nin formasını geyinib.

2022-ci ildə Səudiyyə Ərəbistanına yollanan serbiyalı bugünlərdə «Al-Fayha»dan ayrılıb. O, 2019-cu ildə ölkəsinin əsas yığmasına dəvət alıb və bu müddətdə 1 oyuna çıxıb.

“Sportinfo TV“nin aparıcı-eskperti Elçin Cəfərov günün şok transfer xəbəri haqda danışıb.

Tanınmış jurnalist “Neftçi”nin yeni forvardı barədə ətraflı məlumat verərək deyib ki, o, uzun illər ölkəsində “Srvena Zvezda”nın şərəfini qoruyub və kifayət qədər təcrübəlidir:

“Neftçi” hücum xəttini yeni futbolçu ilə gücləndirəcək. Bu, serbiyalı forvard Milan Pavkovdur. Serbiya millisinin sabiq hücumçusu ilə anlaşma mövsümün sonuna qədər olacaq”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti