"Liverpul"a 2 qol vuran hücumçu "Neftçi"də – SON DƏQİQƏ

3 Fevral 2024 13:00 Neftçi 10 567
"Liverpul"a 2 qol vuran hücumçu "Neftçi"də – SON DƏQİQƏ

«Neftçi» 2024-cü ilin üçüncü transfer əməliyyatını tamamlayıb.

Bakılılar sierra-leoneli vinger Anfa Konte və kolumbiyalı hücumçu Brayan Morenodan sonra daha bir legioneri Azərbaycana gətirməyə qərar verib.

"Ağ-qaralar" Milan Pavkovla razılaşma əldə edib. Serbiyada "Srvena Zvezda"nın formasını geyinmiş hücumçuya ölkəmizə gəlmək üçün bilet alınıb.

29 yaşlı forvardj 2017-ci ildən "Srvena Zvezda"da çıxış edib.

O, 2018/2019 mövsümündə komandası ilə Çempionlar Liqasının qrup mərhələsində oynayıb. "Liverpul"la qrup matçında 2 dəfə fərqlənməyi bacarıb.

"Novı Sad"ın yetirməsi karyerası ərzində «Mladost», «Kelarevo», «Voyvodina» və «Radniçki»nin formasını geyinib.

2022-ci ildə Səudiyyə Ərəbistanına yollanan serbiyalı bugünlərdə «Al-Fayha»dan ayrılıb. O, 2019-cu ildə ölkəsinin əsas yığmasına dəvət alıb və bu müddətdə 1 oyuna çıxıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti