“Neftçi”dəki ikinci ilim təlatümlü, lakin çox gözəl idi”.
Sportinfo,az xəbər verir ki, bunu Azərbaycanda “Neftçi” və “Qarabağ”da işləmiş ispaniyalı məşqçi Ruben Selles ölkəsinin mətbuatına açıqlamasında deyib.
Hazırda İngiltərədə “Ridinq”in baş məşqçisi vəzifəsini icra edən 40 yaşlı mütəxəssis Azərbaycan komandalarında keçirdiyi dönəmi xatırlayıb.
O, ilk titullarına “Neftçi”də olarkən sahib çıxdığını bildirib:
“Neftçi” Azərbaycanın ən vacib klubudur. Orada fiziki hazırlıq üzrə məşqçi idim, sonra baş məşqçi də oldum.
Ancaq komandanı oyuna çıxarmadım. Birinci mövsümdə ölkə çempionluğunu və kubokunu, ikinci ildə isə kuboku qazandıq. Bunlar mənim ilk titullarım idi”.
Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da işləyib.

