Bunu Azərbaycanda ilk dəfə “Neftçi” edəcək - ƏSL YENİLİK!

1 Fevral 2024 19:00 Neftçi 8 982
Bunu Azərbaycanda ilk dəfə “Neftçi” edəcək - ƏSL YENİLİK!

“Neftçi” Azərbaycan futbolu tarixində daha bir ilkə imza atmağa hazırlaşır.

Beynəlxalq təcrübədən yararlanan paytaxt klubu “Top səndə” layihəsini pilot çərçivədə həyata keçirəcək.

Bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində fevralın 9-da “Neftçi Arena”da baş tutacaq matçda reallaşacaq.

Belə ki, “Sumqayıt”la qarşılaşmada “ağ-qaralar”ın ilk qolunun müəllifi rəqib qapısından keçirdiyi topu imzalayacaq. Baş hakim həmin “yuvarlaq meşin”ini ev sahiblərinin nümayəndələrinə təhvil verəcək.

Top daha sonra klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılacaq. Satış qiyməti bə bizə məlumdur - 500 manat. Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti