Mutunun “Neftçi”yə böyük problem yaradan İŞİN ÜSTÜ AÇILDI - VİDEO

1 Fevral 2024 17:40 Neftçi 1 552
Mutunun “Neftçi”yə böyük problem yaradan İŞİN ÜSTÜ AÇILDI - VİDEO

“Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviçin azarkeşlərdən 6 həftəlik möhlət istəməsinin səbəbi məlum olub.

Bu haqda futbol eksperti Emin Abbasov danışıb.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində maraqlı fakt açıqlayıb. Tanınmış telejurmalist bildirib ki, Adrian Mutunun vaxtında fiziki yükləmələr düzgün verilməyib.

Əvvəlki çalışdırıcı həddən ziyadə ağır məşqlər keçdiyindən, futbolçular tez-tez zədələnib, meydana çıxanda isə özlərini ağır hiss edib.

Abbasov rumıniyalı mütəxəssisin oyunçuların “yük” götürmə normasını nəzərə almadığını, güc nisbətini düzgün bölüşdürmədiyini söyləyib.

Qeyd edib ki, dekabrın 24-də görəvə gələn monteneqrolu sükançı mövcud çatışmazlıqları aradan qaldırmaq üçün fevralın axırınadək vaxt istəyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti