"Neftçi"nin hücumçusu: "Niyə belə olduğunu bilmirəm"

1 Fevral 2024 13:00 Neftçi 862
"Neftçi"nin hücumçusu: "Niyə belə olduğunu bilmirəm"

"Neftçi" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın ilk qolunun müəllifi olan Yeqor Boqomolski matç haqda klub televiziyasına açıqlama verib.

Belaruslu forvard qarşılaşmanın gərgin keçdiyini bildirib:

“Gərgin oyun oldu. 15 dəqiqədən sonra oyuna nəzarəti ələ aldıq və üç qol vurduq.

Birinci hissədə oyun xeyrimizə idi. Ancaq fasilədən sonra üstünlüyü rəqibə verdik.

Buna baxmayaraq, qələbə bizimlə oldu. Qələbə qazanmışıq və şanslarımız var.

Bütün matçlarda belə oynasaq, qələbələr gələcək. Kubokda daha çox qol vururam, niyə belə olduğunu bilmirəm.

Bütün matçlara eyni hazırlaşır. Kubokda çox fərqlənməyimin səbəbini bilmirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti