«Neftçi» 2024-cü ildə ilk rəsmi ev oyununu «Qəbələ»yə qarşı keçirdi.
«Ağ-qaralar» Bakıda «qırmızı-qaralar»ı 3:1 hesabıyla üstələdi.
«Neftçi Arena»da təşkil olunan qarşılaşmanı 700 azarkeş izlədi. Onların arasında iki çinli də gözə dəyib.
Demə, Asiya ölkəsindən olan cütlük «Neftçi»nin fanatı imiş. Üzərində klubun şərfi olan tərəfdarlar 90 dəqiqə komandaya dəstək verib.
Onların kimliyi artıq bizə məlumdur. «Neftçi»nin mətbuat xidmətindən redaksiyamıza verilən məlumata görə, çinli xanım xeyli müddətdir komandanın oyunlarını izləyir.
O, Bakıda şirkətlərdən birində işləyir və bu dəfə ölkəsindən olan dostunu da bura dəvət edib.
SPORTİNFO.AZ

