"Neftçi"də münasibətləri korlanan iki rəhbər şəxs yenidən bir arada - FOTO

31 Yanvar 2024 14:00 Neftçi 2 181
"Neftçi"də münasibətləri korlanan iki rəhbər şəxs yenidən bir arada - FOTO

«Neftçi»nin iki sabiq rəhbər şəxsi barışıb.

Söhbət keçmiş prezident Kamran Quliyevlə Ceyhun Sultanovdan gedir.

Cütlük uzun müddətdən sonra bir araya gəlib. Bu barədə Sultanov paylaşım edib.

Hazırda menecer və «tiktoker» kimi sosial şəbəkələrdə böyük populyarlıq qazanan Ceyhun bəyin paylaşdığı fotodan həm onun, həm də hörmətli Kamran Quliyevin bu görüşdən məmnun qaldığı görünür.

Səmimi ortamda çəkilən şəkil, güman ki, yeni tərəfdaşlığın xəbərçisidir.

Onlar bir orta məktəbdə təhsil alıblar. Sonra yolları «Sumqayıt»da birləşib.

K.Quliyev uşaqlıq tanışını 2015-ci ildə bura gətirib. 2018-ci ildə birlikdə «Neftçi»yə üz tutublar. Quliyev prezident,

Sultanov idman direktoru olaraq paytaxt təmsilçisində fəaliyyət göstərib.

2020-ci ilin noyabrında yolları ayrılıb. Derbidə «Qarabağ»a 0:6 hesablı məğlubiyyətdən sonra Sultanov vəzifəsindən istefa verib. Bu hadisə tərəflərin münasibətlərinə mənfi təsir göstərib.

Kamran Quliyev ötən ilin yayında «Neftçi»ni tərk edib. Müşahidə Şurası onu görəvdən alandan sonra bu yaxınlaşma maraq doğurmaya bilməz.

Böyük ehtimalla, menecer olaraq bərabər çalışmağa başlayacaqlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti