“Neftçi”də son durum – Biri var, biri yox, biri də…

31 Yanvar 2024 00:50 Neftçi 904
“Neftçi”də son durum – Biri var, biri yox, biri də…

“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlanıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 3 futbolçu kollektivdən ayrı düşüb.

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qəbələ” ilə keçirilən matçdan (3:1) əvvəl məşq zamanı zədələnən qapıçı İvan Brkiç müalicə prosesini davam etdirir.

Bir müddətdir zədədən əziyyət çəkən vinger Kilan Lebon fərdi hazırlaşır.

Asiya kubokunda çıxışını başa vuran Fələstin yığmasının heyətində yer alan yarımmüdafiəçi Ataa Caber isə orada bir müddət müalicə keçdikdən sonra Bakıya qayıdacaq.

“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsində ilk oyununu yanvarın 31-də səfərdə “Sumqayıt”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...