“Neftçi”yə elə bu lazım imiş - BU VİDEOYA DİQQƏT!

30 Yanvar 2024 23:40 Neftçi 1 565
“Neftçi”yə elə bu lazım imiş - BU VİDEOYA DİQQƏT!

“Neftçi” uzun fasilədən sonra “Neftçi Arena”da gözlədiyi və istədiyi dəstəyi gördü.

Adrian Mutunun dönəmində komandaya arxa çevirən, oyunlar zamanı müxtəlif etiraz növləri ilə narazılığını ifadə edən fanatlar ötən həftə “Sabah”la səfər matçında varlığını göstərmişdilər.

Bu dəfə “Qəbələ”ylə qarşılaşmada top dalınca qaçanlara meydan sahibləri olduqlarını hiss etdirdilər.

Bir tərəfdə “Forza Neftçi”, digər tərəfdə “Neftçimaniya”. 90 dəqiqə durmadan oxudular, bağırdılar, bir sözlə, qalibiyyət üçün lazım olanı etdilər. Yekunda futbolçular 3:1 hesablı qələbə ilə onları sevindirdilər.

Bazar günü, uyğun saat olsa da, sayları çox deyildi. Bunu havanın soyuq olması və bir çoxunun hələ də ötən günləri unuda bilməməsi ilə əlaqələndirmək olar.

Ümid edək ki, qələbələr davam etdikcə “Neftçi Arena”nın tribunaları əvvəlki günlərini qaytaracaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti