Bojoviç “Neftçi” rəhbərliyindən daha bir transfer istədi - SON DƏQİQƏ

29 Yanvar 2024 20:40 Neftçi 4 203
Bojoviç “Neftçi” rəhbərliyindən daha bir transfer istədi - SON DƏQİQƏ

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç gözlənilməz istəklə rəhbərliyin “qapısını döyüb”.

Ötən ilin dekabrında sükan arxasına keçən mütəxəssis komandanın gücləndirilməsi istiqamətində daha bir addım atılmasını istəyib.

Monteneqrolu çalışdırıcı qarşıdakı günlərdə üçüncü transfer əməliyyatının həyata keçirilməsinə zərurət duyduğunu bildirib.

56 yaşlı balkanlı qeyd edib ki, heyətdə müəyyən çatışmazlıqlar mövcuddur və təcili yeni oyunçu alınmalıdır.

“Neftçi” 2024-cü ildə sıralarına 2 legioner qatıb. “Ağ-qaralar” sierra-leoneli vinger Alfa Konte və kolumbiyalı hücumçu Brayan Moreno ilə güclənib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti