«Azərbaycanlı sürücülər üçün Bakıya hər səfər Formula 1 yarışı kimidir».
Sportinfo.az xəbər verir ki, bu sözlər «Neftçi»nin macarıstanlı legioneri Mark Tamaşa aiddir.
Ötən ilin yayından ağ-qara formanı geynən legioner Bakıda sürücülərin təhlükəli maşın idarə etdiyini söyləyib:
“Azərbaycanlılar yol nişanlarına baxmayaraq, daim siqnal verirlər. Çox vaxt yolun üç zolağında 5-6 maşın yan-yana hərəkət edir.
Xırda cızıqlar tez-tez olur və bu halda onlar maşından düşür, baş verənlərə baxır və davam edir.
Amma biz buna öyrəşə bildik. Lakin Macarıstana qayıdanda isə yenidən avropalıların maşın idarəetməsinə adaptasiya oluruq”.

