"Neftçi"nin yeni transferi Brayan Moreno Premyer Liqanın 20-ci turunda "Qəbələ" ilə keçirilən oyunda (3:1) debüt edib.
Sportinfo.az xəbər verir ki, ilk oyununda qol vurmağı bacaran kolumbiyalı hücumçu klubun televiziyasına açıqlamasında "Qəbələ" ilə matç haqda fikirlərini bölüşüb:
“Bilirdik ki, çətin oyun olacaq. Buna baxmayaraq, qələbə qazanmalı idik ki, turnir cədvəlində yerimizi yaxşılaşdıraq.
Debüt oyunumda qol vurduğum üçün çox sevinirəm. Ümid edirəm ki, bu, digər qollarımın başlanğıcı olar”.
"Neftçi" yanvarın 21-də Brayan Moreneo ilə 1,5 illik müqavilə imzaladığını açıqlayıb.

