"Neftçi"yə kolumbiyalı hücumçu lazım imiş… VİDEO+FOTOREPORTAJ

29 Yanvar 2024 00:30 Neftçi 939
"Neftçi"yə kolumbiyalı hücumçu lazım imiş… VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Qəbələ" Bakıda "Neftçi"nin qonağı olub.

Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində kapitan Emin Mahmudov 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

67-ci dəqiqədə Dieqo Valdes fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə yeni transfer Brayan Moreno adını tabloya yazdırıb.

59-cu dəqiqədə Zurab Oçiqava birbaşa qırmızı vərəqə alaraq qonaqları azlıqda qoyub. 87-ci dəqiqədə Emil Səfərov "Qəbələ"nin yeganə qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Qırmızı-qaralar" 14 xalla sonuncu - 10-cu yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti