“Neftçi” qış fasiləsindən sonra ilk ev oyununu “Qəbələ”yə qarşı keçirəcək.
Adrian Mutunun gedişi, yerinə Rusiya Premyer Liqasındam tanıdığımız Miodraq Bojoviçin gəlişi azarkeşlərin ümidləndirib.
Çempionatın ilk yarısında komandanın qorxaq futbol sərgiləməsi və qeyri-sabit nəticələrə imza atması “Forza Neftçi”nin üzvlərini hiddətləndirmişdi.
Odur ki, son matçlarda azarkeşlərin sayında kifayət qədər azalma müşahidə olunurdu, etiraz şüarları eşidilirdi.
“Qəbələ”ylə oyunda tribunalar yenidən əvvəlki günlərini xatırladaq. “Sabah”la matçdakı oyun fanatların inamını artırıb. “Bank Respublika Arena”ya 170-180 nəfərlə yollanmışdılarsa, bu dəfə anşlaq olacaq.
“Forza Neftçi”nin lideri Səccad Əliyev Sportinfo.az-a açıqlamasında bazar günü “Neftçi Arena”ya azı 300 nəfərlə təşrif buyuracaqlarını deyib.
İlk dəqiqələrdən sevimli komandalarına dəstək verəcək, 90 dəqiqə stadionda “Neftçi” ab-havası yaradacaqlar.
Yanvarın 28-də Premyer Liqanın 20-ci turu çərçivəsində baş tutacaq “Neftçi” – “Qəbələ” qarşılaşması saat 17:30-da başlayacaq,
HƏBİB

