"Mutu "Neftçi"də nələrsə etməyə çalışıb, biz isə…" - Miodraq Bojoviç

28 Yanvar 2024 18:35 Neftçi 2 255
"Mutu "Neftçi"də nələrsə etməyə çalışıb, biz isə…" - Miodraq Bojoviç

«Burada işimə sıfırdan başladığımızı deyə bilmərəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç söyləyib.

Ötən ilin dekabrında «ağ-qaralar»la 1,5 illik müqavilə imzalayan baş məşqçi ümidli danışıb. 56 yaşlı monteneqrolu çalışdırıcı bildirib ki , işləməyə başladığı kollektivin potensialını görüb:

«Komandada təcrübəli və keyfiyyətli futbolçular var. Məndən öncəki məşqçi (Adrian Mutu) nələrsə etməyə çalışıb. Biz isə yarımçıq qalan işləri davam etdiririk».

Bojoviç 2000-ci ildə məşqçiliyə başlayıb. 2000/2001 mövsümündə Serbiyada "Belqrad"ın sükanı arxasında olan mütəxəssis ardınca Yaponiyada "Hokkaydo Konsadole Sapporo"da köməkçi funksiyasını yerinə yetirib.

O, Serbiyada "Borats", "Obiliç", "Hayduk" ( Belqrad), "Srvena Svezda", Kiprdə AEL, ölkəsində "Buduçnost", "Qrbal", Rusiyada "Amkar", "Moskva", "Dinamo", "Rostov", "Lokomotiv", "Arsenal", "Krılya Sovetov"da işləyib.

Son olaraq 2021/2022 mövsümündə Tula "Arsenal"ına rəhbərlik edib. 2013/2014 mövsümündə "Rostov"la Rusiya Kubokunun, 2015/2016 mövsümündə "Srvena Svezda" ilə Serbiya Superliqasının qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti