"Neftçi"nin transfer siyahısında yer alan FCSB-nin forvardı Andrea Kompayno böyük ehtimalla Azərbaycan Premyer Liqasında oynamayacaq.
Sportinfo.az xəbər verir ki, italiyalı hücumçu Türkiyə Superliqasında oynamaq qərarını verib.
Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Belə ki, 27 yaşlı hücumçunun “Konyaspor”la anlaşdığı bildirilir. İtaliyalı “Kataniya”, “Tre Fiori”, “Universitatya Krayova” komandalarında oynadıqdan sonra 2022-ci ildə FCSB klubuna keçib.

