“Baş məşqçini dəyişməklə düzgün qərar vermişik” - “Neftçi”nin baş icraçı direktoru

27 Yanvar 2024 20:40 Neftçi 986
“Baş məşqçini dəyişməklə düzgün qərar vermişik” - “Neftçi”nin baş icraçı direktoru

“Məncə, düzgün qərar vermişik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov deyib.

Klubun əsas fiqurantı ötən ilin yayında görəvə gətirilən Adrian Mutunun dekabrda baş məşqçi postundan ayrılmasına münaisbət bildirib.

Qeyd edib ki, rumıniyalı mütəxəssisin gedişi gözlənilən idi:

“Biz rəhbərlik olaraq məşqçini qışda, yoxsa yayda dəyişmək haqda çox düşündük. Axırda qərara gəldik ki, qışda dəyişək.

Çünki həmişə yayda məşqçi yola salınırdı və yeni gələn də hər dəfə deyirdi ki, oyunçunu tanımıram.

Ona görə qışda dəyişdik ki, məşqçi mövsümün sonuna qədər hamını tanısın və komandanı yığsın”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti