"Neftçi" Miodraq Bojoviçin rəhbərliyi altında ilk rəsmi matçına Masazırda çıxdı.
"Ağ qaralar" burada "Sabah"ın qonağı oldu.
Gərgin, amma qol epizodları baxımından kasad keçən qarşılaşma qolsuz bərabərliklə başa çatdı.
Final fitindən sonra monteqerolu mütəxəssis öncə Rusiyada çalışdığı müddətdə yaxından tanıdığı rəqib həmkarı Murad Musayevlə əl sıxdı.
Ardınca isə o, "tələbələr"in yarımmüdafiəçisi Ayaz Quliyevlə uzun müddət söhbətləşdi.
Ayaqüstü keçən məşvərət sonrası tərəflər qucaqlaşaraq bir-birindən ayrıldı.
Bojoviçin Ayaza xüsusi münasibəti səbəbsiz deyilmiş.
27 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündə onunla Tula "Arsenal"ında birgə çalışıb.
Ayaz 23 matçda "Neftçi"nin hazırkı çalışdırıcısının rəhbərliyi altında meydana çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ

