“Neftçi”də qalmasının səbəbi bilindi - 250 mini ona vermədilər

15 Fevral 2024 14:20 Neftçi 3 848
“Neftçi”də qalmasının səbəbi bilindi - 250 mini ona vermədilər

Mtodraq Bojoviçin gəlişindən sonra əsas heyətdəki yerini itirən

Höccət Haqverdinin “Neftçi”də qalmasının səbəbi məlum olub.

Cari mövsüm 13 cəmi matça çıxan müdafiəçi “Zirə“ ilə apardığı danışıqlarda istədiyi nəticəni əldə edə bilməyib.

Millimizin oyunçusu “qartallar“dan hazırkı qazancı qədər – 250 min dollar illik əməkhaqqı tələb eləyib. Qəsəbə təmsilçisi 31 yaşlı cənubi azərbaycanlıdan güzəşt gözləyib, bu da olmayıb.

Haqverdiyinin “ağ-qaralar“la sözləşməsi iyunda başa çatacaq. Bakılılar inişil onu “Traktor“dan sıralarına qatmaq üçün müqavilə ilə məxsus olduğu “Sumqayıt“a 100 min dollar təzminat ödəyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti