Miodraq Bojoviçin təyinatına ümidlər böyükdür.
Adrian Mutunu iş başında görmüş «Neftçi» tərəfdarı 1 ay öncə göərəvə gəlmiş monteneqroluya inanır.
Niyə də inanmasın, o, uzun illər Rusiyada işləyib, yerli premyerliqanın müxtəlif klublarını çalışdırıb.
Rumıniyalı ilə müqayisədə təcrübəsi kifayət qədər çoxdur, pozitiv insandır, «12-ci oyunçu» ilə münasibət qurmağa can çəkmir.
Bu keyfiyyətləri özündə birləşdirdən baş məşqçinin komandaları da, adətən, cansıxıcı oyun sərgiləmir, meydanın özlərinə aid hissəsində «yatıb qalmır».
Bojoviç «Neftçi»yə istək gətirib. Futbolçulara güvən aşılayıb və statistika da bunu təsdiqləyir - hücum sayı artıb.
Mutu qorxaq futbol oynadırdı, qol vəziyyəti yaratmaqda problem yaşayırdılar.
Yeni gələn komandanı «çıldaq» edib: indi nə o qorxaqlıqdan əsər-əlamət var, nə də qol vəziyyətinlərinin azlığından.
Bunlar müsbət tendensiyadır. Fiziki yöndə çatışmazlıqları da tezliklə aradan qaldırmaq mümkün olsa, «Neftçi» qələbələri sıralayacaq, tribunada qələbəlik əmələ gətirəcək.
Alfa Konte və Brayan Moreno «Neftçi»nin axtardıqlarıdır? Yaxşısı budur, gəlin, yenilər barədə söhbəti 3-4 həftə sonraya saxlayaq.
Moreno debüt matçında «Qəbələ»yə qol vurdu, düzdür. Amma kolumbiyalı hücumçunun keyfiyyətinə qiymət verməkdən ötrü iddialılarla oyunları gözləməliyik
Bojoviç ona kimi müdafiə ilə əlaqəli boşluqları da düzəltməlidir. Çoxlu qol vəziyyəti yaratdıqları kimi, rəqibə də çoxlu qol imkanı verirlər.
Yeni baş məşqçi Yuri Matias-Mark Tamaş cütünü bərabər oynatmaqla riskə gedir, məncə.
MUSA

