Laval "Neftçi"nin yeni müqavilə təklifini qəbul etmir - Başqa fikri var

28 Sentyabr 2022 11:40 Neftçi 2 320
Laval "Neftçi"nin yeni müqavilə təklifini qəbul etmir - Başqa fikri var

«Neftçi» rəhbərliyi Yusuf Lavala yeni müqavilə təklif edib.

Azərbaycanda üçüncü mövsümünü keçirən nigeriyalı yarımmüdafiəçinin hazırda davam edən kontraktı üzümüzə gələn yay başa çatacaq.

Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər. Əlbəttə, hər iki tərəfin razılığı olarsa. Fəqət, 24 yaşlı legioner hələlik bu izdivac sürəcinin artırılmasına müsbət yanaşmır.

Türkiyədən və Avropanın bəzi ölkələrindən təkliflər alan afrikalı vingeri «ağ-qaralar»ın əvvəlki ilə müqayisədə daha yüksək şərtlərlə onu burada saxlamaq cəhdləri də fikrindən döndərməyib.

Laval daha güclü klublardan birinə keçmək istədiyini açıq ifadə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!