“Neftçi”nin baş məşqçisinin xanımını döydüyü anın görüntüləri – EKSKLÜZİV VİDEO

25 Sentyabr 2022 11:40 Neftçi 1 409
“Neftçi”nin baş məşqçisinin xanımını döydüyü anın görüntüləri – EKSKLÜZİV VİDEO

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Buxarestdə törətdiyi qalmaqal haqda dünən xəbər vermişdik.

“Səbail”lə oyundan sonra vətəninə yollanan rumın çalışdırıcı ötən gün axşam saatlarında rəsmi nigahda olduğu Anamariya Prodanın evinə gedərək, həyat yoldaşını döyüb, söyüb, onu və oğlunu ölümlə hədələyib.

Bu haqda xəbər Rumıniya saytlarında paylaşılıb. Bildirilib ki, millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilədən istifadə edən Regekampf bir neçə gündür Buxarestdədir.

O, Anamariya Prodanın evinə gedərək, Rumıniyada böyük səs-küyə səbəb olan qalmaqal yaradıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, “Neftçi”nin baş məşqçisinə məişət zorakılığı ilə bağlı cinayət işi açılıb.

Qalmaqal saat 19:00 radələrində vaxtilə cütlüyün birlikdə yaşadığı Snaqovdakı mənzildə baş verib. Fiziki təzyiqə məruz qalmış Anamariya Prodan yerli mətbuata açıqlamasında hadisə ilə bağlı danışıb:

“O, uşağını görmək hüququndan istifadə etmək adı ilə gələrək heç kimin icazəsi olmadan evə daxil oldu və oğlumu təhqir etməyə başladı. Oğlumu söydü, sonra da bizi ölümlə hədələdi.

Sonra mənə keçdi. Məni boynumdan tutaraq sürüdü, vurdu, yanımdakı sürücü dostuma yumruq atdı, maşının üstünə tullanaraq söyməkdə davam etdi.

Bəsdir artıq! Baxın, telefonum nə vəziyyətdədir, sındırıb yararsız hala salıb”.

Hadisə yerindən çağırış alan polis çox keçmədən Regekampf və olay zamanı zərərçəkmiş sürücünü yaxınlıqdakı idarəyə aparıb. “Neftçi”nin baş məşqçisi olayla bağlı açıqlama verməkdən boyun qaçırıb.

Laurentsiu Regekampfla Anamariya Prodan uzun illər evli olub. Birgə nigahdan 14 yaşlı oğlan övladlarının olmasına baxmayaraq, cütlük hələ də rəsmi boşanmayıb.

Rumın məşqçi isə hazırda Koriana Kasius adlı qadınla münasibətdədir və bir övladı var.

Sportinfo.az həmin hadisənin eksklüziv görüntülərini əldə edib.

Qalmaqallı videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

HƏBİB

.

Digər Xəbərlər
Xəbər Lenti