"Neftçi"dən Azər Əliyevlə bağlı YENİ AÇIQLAMA

28 Sentyabr 2022 22:20 Neftçi 1 796
"Neftçi"dən Azər Əliyevlə bağlı YENİ AÇIQLAMA

“Daha əvvəl də açıqlamışdıq ki, Azərin milli pasport alması üçün onun özündən və "Neftçi"dən asılı hər hansı məsələ qalmayıb”.

Bunu Sportinfo.az-a açıqlamasında “Neftçi"nin yarımmüdafiəçisi Azər Əliyevin milli pasport alması ilə bağlı son durum barədə danışan komandanın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Bir neçə gün əvvəl oxucularımıza məlumat vermişdik ki, prosesdə sürətlənmə var və yaxın günlərdə müsbət sonluq olmalıdır. Bəs bununla bağlı kluba hər hansı məlumat daxil olubmu?

Klub rəsmisini dinləyək: “Bununla bağlı AFFA-ya müraciətimiz olub. İndiki halda ona pasportun verilməsi xəbərin gözləyirik.

Son oyunumuza kimi hər hansı məlumat yox idi. Amma ola bilər ki, ayın sonuna kimi bir xəbər gəlsin. Ümid edirik ki, ən yaxın zamanda bu məsələ həll olunacaq”.

Azər Əliyev Rusiya "Ufa"sından bu ilin yanvar ayı "Neftçi"yə transfer olunub. O, arxada qalan 8 ayı Azərbaycan Premyer Liqasında əcnəbi statusu ilə çıxış edir.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti