“Hələlik "Neftçi"də işlərim yaxşı gedir - "Qarabağ" hansı səviyyədə olduğumuzu göstərəcək"

23 Sentyabr 2022 20:20 Neftçi 1 230
“Hələlik "Neftçi"də işlərim yaxşı gedir - "Qarabağ" hansı səviyyədə olduğumuzu göstərəcək"

"Fasilədən sonra "Qarabağ"la oyunumuz var.

Bu rəqiblə matçlar hansı səviyyədə olduğumuzu göstərəcək".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Rumıniyalı mütəxəssis görüşün əsl derbi ab-havasında oynanılacağını bildirib:

"Tamaşaçıların çox olduğu stresli qarşılaşmaya çıxacağıq. Qələbə qazanacağıma ümid edirəm".

Azərbaycandakı işindən də söz açan 47 yaşlı baş məşqçi burada çalışmağın xoş təcrübə olduğunu söyləyib:

"Amma hələlik ölkə futbolu haqqında fikir bildirmək tezdir. Hər liqanın öz cazibəsi var və bu təcrübə məni cəlb edir. Hələlik "Neftçi"də işlərim yaxşı gedir".

O, UEFA Konfrans Liqasının III təsnifat mərhələsində iki oyunun (2:1, 0:2) nəticəsinə görə "Rapid"ə (Vyana) uduzaraq, mübarizəni dayandırmalarına da toxunub:

"Təəssüf ki, komandanı turnirə daha yaxşı hazırlamaq üçün kifayət qədər vaxtımız olmadı.

Daha yüksək səviyyəli komandaya qarşı yaxşı oyunla məğlub olsaq da, mübarizəni davam etdirməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda