
“Neftçi”nin braziliyalı vingeri Gilyerme Pato çempionata verilən fasilədən istifadə edərək, “Qəbələ”nin futbolçuları Ramon Maçado və Rafael Utziqlə birlikdə BƏƏ-yə yollanıb.
Sportinfo.az xəbər verir ki, Dubayda istirahət edən “Neftçi”nin legioneri burada sabiq komanda yoldaşı ilə görüşüb.
Onu “İnternasyonal”ın ikinci komandasında birlikdə oynadığı Luiz Enriqe qonaq edib.
Patonun sabiq komanda yoldaşı hazırda BƏƏ yüksək liqasında çıxış edən “Əl-Vasl”da oynayır.